Bank Of Baku

Bakıda avtobusların hərəkətində problemlər yaranıb

Bakıda avtobusların hərəkətində problemlər yaranıb
# 24 noyabr 2011 15:38 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “APA-Economics”ə bildirib ki, şəhərin nisbətən hündür ərazilərində çətinliklər hiss olunur: «Yasamal, Yeni Yasamal, Badamdar istiqamətində sürüşmələr və yolun bəzi hissələrinin donması ilə əlaqədar olaraq tıxaclar yaranıb, amma kütləvi problem yoxdur».

N.Həsənov qeyd edib ki, vəziyyətdən çıxmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin və yol istismar idarələrinin texnikaları yolların təmizlənib açılması ilə məşğuldur.

Respublikanın rayonlarına gedən avtobusların hərəkətində isə hələlik problem yaranmayıb. N.Həsənov Bakı Beynəlxalq Avtovağzalına istinadən bildirib ki, rayonlara çıxan avtobuslarla bağlı heç bir problem yoxdur: «Avtobusların qrafiki və intervalında pozuntu qeydə alınmayıb». Hələlik yalnız Şamaxı istiqamətindəki yollarda müəyyən çətinliklər müşahidə olunur, amma burda da avtomobillərin hərəkəti mümkündür və hərəkət dayanmayıb.

Nəqliyyat Nazirliyinin rəsmisi belə havada sərnişinləri xüsusilə ehtiyatlı olmağa, vacib ehtiyac olmasa evdən çıxmamağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR