Bank Of Baku

“CATEL” fəaliyyətini bərpa etmək üçün bir neçə rabitə şirkəti ilə danışıqlar aparır

“CATEL” fəaliyyətini bərpa etmək üçün bir neçə rabitə şirkəti ilə danışıqlar aparır
# 25 noyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bir neçə aydır öz fəaliyyətini dayandıran “CATEL” şirkəti hazırda bir neçə rabitə şirkəti ilə, əsasən “Azerfon”, BTRİB və “Aztelekom”la danışıqlar aparır.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda “Catel” bu şirkətlər vasitəsilə fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru «CATEL» şirkəti «Caspian American Telecom LLC» adı altında 1997-ci ildə ABŞ-ın «Omni Communications» konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. «CATEL»in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR