Bank Of Baku

Nazir: “Azərbaycanda 3G xidmətləri ilə bağlı texniki problemlər tezliklə həll olunacaq”

Nazir: “Azərbaycanda 3G xidmətləri ilə bağlı texniki problemlər tezliklə həll olunacaq”
# 25 noyabr 2011 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 3G xidmətləri ilə bağlı texniki problemlər yaxın 1-2 həftə ərzində həll olunacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, abunəçilər yaxın vaxtlarda yüksək keyfiyyətli 3G xidmətlərindən istifadə edə biləcəklər.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda ilk 3G xidmətini “Azerfon” göstərməyə başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında 3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün “Bakcell” və “Azercell” şirkətlərinə lisenziya verilməsi barədə qərar qəbul edilib. Bu aydan etibarən adı çəkilən mobil operatorlar da 3G xidmətləri göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR