Bank Of Baku

“Nissan” 56 min avtomobili geri çağırır

“Nissan” 56 min avtomobili geri çağırır
# 25 noyabr 2011 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Nissan Motor Co” şirkəti 56 min ədəd “Dualis” və “X-Trail sport” modellərini geri çağırıb.

APA-Economics”in “Kyodo” agentliyinə istinadən xəbərinə görə, buna səbəb stop-siqnal lampalarındakı nasazlıq və mümkün yanacaq sızmasıdır.

Geri çağırılan avtomobillər 2007-ci ilin aprelindən 2010-cu ilin oktyabr aylarına qədər istehsal olunub. yanacaq sızmasına səbəb kimi yanacaq şlanqının düzgün birləşdirilməməsi göstərilir.

Qeyd edək ki, “Nissan”ın tarixində ən böyük geri çağırma 2010-cu ildə baş verib. O vaxt avtokonsern bütün dünya üzrə 2,14 mln. ədəd avtomobili geri çağırıb. Buna səbəb mühərrikin işə salınması sistemindəki nasazlıqlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR