Bank Of Baku

Nazir: Azərbaycanın İKT sektorunda gəlirlər ötən il 12% artıb

Nazir: Azərbaycanın İKT sektorunda gəlirlər ötən il 12% artıb
# 16 yanvar 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın İKT və telekommunikasiya sektorunda əldə olunan gəlirlərin ümumi həcmi 2010-cu ilə nisbətən 12% artıb.

«APA-Economics»in məlumatına görə, bunu bu gün dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, sektorda qeydə alınan artım müvafiq ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur: «Bizim ilkin hesablamalara görə, sektora təxminən 400 mln. manat həcmində investisiya qoyulub».

Ə.Abbasov onu da bildirib ki, ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə Azərbaycan inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR