Bank Of Baku

Azərbaycanda sabit telefon və mobil rabitə abunəçilərinin sayı artıb

Azərbaycanda sabit telefon və mobil rabitə abunəçilərinin sayı artıb
# 16 yanvar 2012 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda sabit telefon şəbəkəsinin tutumu təxminən 50 min nömrə artaraq hər 100 nəfərə 18,6% sıxlığa çatdırılıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, 2011-ci ildə ölkədə internet istifadəçilərinin sıxlığı 65%-i, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 30%-i ötüb: «Hər iki göstərici üzrə ölkəmiz ümumdünya orta göstəricilərini 2 dəfədən çox qabaqlayır. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35% aşağı düşüb. Eyni zamanda, ölkədə biri dövlət, ikisi isə özəl olmaqla üç şirkət tərəfindən qurulan magistral optik informasiya ötürmə şəbəkələri bütün rayon mərkəzlərini və təxminən 35% kəndləri yüksəksürətli vahid şəbəkədə birləşdirib. Bu isə Mərkəzi və Şərqi Avropa üçün yüksək nəticə sayılır».

Ə.Abbasov onu da bildirib ki, 2011-ci ildə mobil rabitə şəbəkəsi genişləndirilib, hər üç operator müasir 3G xidmətlərinin verilməsinə başlayıb və nəticədə 3G abonentlərinin sayı qısa müddətdə 2 mln-a çatıb. Bu gün artıq əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür ki, bu da ümumdünya orta göstəricisindən təxminən 40% yüksəkdir».

Nazir həmçinin bildirib ki, hesabat dövründə ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədi ilə 72 ədəd müxtəlif təyinatlı tele və radio vericiləri istismara verilib. Ölkə ərazisinin 85%-i rəqəmli televiziya yayımı ilə təmin olunub: «Özəl sektor televiziya və radio yayımı sahəsində də aktivləşib və təxminən 10 şirkət peyk, kabel, efir, IP-TV və digər texnologiyalarla ödənişli yayım xidmətləri göstərir. Eyni zamanda, hazırda ölkədə 20-dən çox internet televiziya və radio yayımı mövcuddur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR