Bank Of Baku

Azərbaycan poçt sistemində yeni islahatlara hazırlaşır

Azərbaycan poçt sistemində yeni islahatlara hazırlaşır
# 16 yanvar 2012 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycanda poçt sahəsində əldə olunan gəlirlər 2010-cu ilə nisbətən 23% artıb.

«APA-Economics»in məlumatına görə, bunu bu gün dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Maliyyə Nazirliyi və Mərkəzi Bankla birlikdə poçt sistemində yeni islahatlar üzərində düşünür.

Ə.Abbasov onu da bildirib ki, «Elektron hökumət» layihəsi çərçivəsində «elektron imza»nın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılıb və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına «elektron imza» xidmətlərinin göstərilməsinə başlanılıb.

«Həmçinin «elektron hökumət portalı»nın birinci versiyası yaradılıb və bu ilin birinci yarısında vətəndaşlar və iş adamları üçün açılacaq. Hazırda 15 dövlət orqanı bu sistemə qoşulub və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılıb», - deyə nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR