Bank Of Baku

Gürcüstan İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin sədri Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub - FOTO

Gürcüstan İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin sədri Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub - <font color=red>FOTO</font>
# 16 yanvar 2012 15:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənovla Bakıda səfərdə olan Gürcüstan İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin («Sakpatenti») sədri İrakliy Qvaladze və sədrin müavini Yekatirina Yequtiya ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Həsənov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində inkişaf etdiyini, yeni texnologiyaların, innovasiyaların tətbiqini, yerli ixtiraçıların artdığını xüsusi vurğulayıb. Həmçinin sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması ilə bağlı müraciətlərin də ötən illərlə müqayisədə artdığını qeyd edən komitə sədri bu sahənin daha da inkişaf etdirilməsi üçün Koreya təcrübəsindən istifadə olunacağını bildirib. R.Həsənov milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin də zəruri olduğunu qeyd edib, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədə uyğun hesab edib.

İ.Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından, həmçinin bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyindən danışıb. O, «Sakpatenti»nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq Sazişi» 2009-cu ilin may ayının 20-də imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR