Bank Of Baku

Rabitə üzrə Azərbaycan-İordaniya İşçi Qruplarının iclası keçirilib

Rabitə üzrə Azərbaycan-İordaniya İşçi Qruplarının iclası keçirilib
# 16 yanvar 2012 18:42 (UTC +04:00)
Bakı-APA. Rabitə üzrə Azərbaycan-İordaniya İşçi Qruplarının 1-ci İclası keçirilib. Bu barədə APA-ya Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyindən məlumat verilib.
Toplantının açılış mərasimində iştirak edən İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Bassim Al Rossan Azərbaycan nümayəndə heyətini salamlayaraq rabitə sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Nazir Bassim Al Rossan iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün hər cür köməklik göstərəcəyinə əmin edib. Görüşdə iştirak edən səfir Elman Araslı iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edərək bu sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün İşçi Qruplarının iclasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İşçi Qruplarının Azərbaycan tərəfindən sədri Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Direktoru Sevda Abdullayeva nümayəndə heyətinə göstərdiyi qayğıya görə Bassim Al Rossana təşəkkürünü bildirib.
Elə həmin gün İşçi Qruplarının 1-ci iclası öz işinə başlayıb və rabitə sahəsində əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb. Hər iki tərəf nazirliklər arasında təcrübə mübadiləsi, yüksək texnologiyalar sahəsində və poçt sahəsində əməkdaşlıq, statistik məlumatların mübadiləsi, rəqəmsal yayım üzrə texniki əməkdaşlıq, İKT sahəsində iki ölkənin iş adamlarından ibarət Biznes Forumun keçirilməsi, 2012-ci ilin oktyabr ayında Əmmanda keçiriləcək İKT Forumunda və 2012-ci ilin noyabr ayında Bakıda keçiriləcək BAKUTEL 2012 Forum və Sərgisində qarşılıqlı olaraq yüksək nümayəndə heyətlərinin iştirakına dair razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR