Bank Of Baku

Əli Həsənov: “Ötən il Komitəyə 2011-ci ildə 46 min müraciət daxil olub və onun 72 faizi müsbət həll edilib”

Əli Həsənov: “Ötən il Komitəyə 2011-ci ildə 46 min müraciət daxil olub və onun 72 faizi müsbət həll edilib”
# 17 yanvar 2012 04:58 (UTC +04:00)
Bakı-APA. “Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. 2011-ci ildə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənib. Həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatların vəsaitidir”. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

”İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınıb, 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmış, həmçinin Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilib.
“Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamınızın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılıb”, deyə Ə.Həsənov qeyd edib.

Baş nazirin müavininin sözlərinə görə, ötən il investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılıb. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcəkdir.
Beləliklə, il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2011-ci ildə 2171 nəfər məcburi köçkün daimi, 5 min nəfərə qədər isə mövsümi işlə təmin olunub, 10 min 600 ailəyə ünvanlı sosial yardım təyin edilib. Son 8 ildə isə 83 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2011-ci illərdə 660 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6 milyon manat, o cümlədən 2011-ci ildə 162 məcburi köçkün sahibkara 5,9 milyon manat məbləğində güzəştli kredit verilib.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 2011-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edən 106 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib, nəticədə 55 min nəfər faydalanıb. O cümlədən 2004-2011-ci illərdə 75 faizi məcburi köçkün olan 289 min nəfərin faydalandığı və dəyəri 34,5 milyon ABŞ dolları təşkil edən 478 icma mikrolayihəsi icra edilib.
Həmçinin son 8 ildə 9,6 min nəfər məcburi köçkünə 4,5 milyon manat məbləğində mikrokredit verilib ki, bu proqramlardan 44 min 500 nəfər məcburi köçkün faydalanıb”.

Əli Həsənov bildirib ki, ötən il Komitəyə 2011-ci ildə 46 min müraciət daxil olub və onun 72 faizi müsbət həll edilib. “Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onların elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı aidiyyəti xidmət təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində yerinə yetirilir və ortaya çıxan bütün problemlər operativ şəkildə həll olunur.
2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Hazırda ölkədə 45 beynəlxalq, 41 yerli humanitar təşkilatın xətti ilə hökumət üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir.
Mövcud Dövlət Proqramına əsasən bu il 2011-ci ilə nisbətən 2 dəfə çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılacaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR