Bank Of Baku

Azərbaycan paytaxtının planlaşdırılmasında Olimpiya oyunları da nəzərə alınacaq

Azərbaycan paytaxtının planlaşdırılmasında Olimpiya oyunları da nəzərə alınacaq
# 17 yanvar 2012 07:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bundan sonra Bakı şəhərində aparılacaq planlaşdırma layihələrində Azərbaycan paytaxtının Olimpiya oyunlarına iddialı olması və buna hazırlıq parametrləri də nəzərə alınacaq. «APA-Economics»in məlumatına görə, bu barədə baş nazirin birinci müavini Yaqub Eyyubov və Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirdiyi görüşdə məlumat verilib.

Görüş zamanı 2020-ci ildə Bakı şəhərində Olimpiya oyunlarının keçirilməsinin imkan və perspektivləri Komitənin rəhbərliyi ilə müzakirə edilib. Görüşdə qonaqlara görülmüş işlər barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hazırlanacaq planlaşdırma layihələrində bu ideyanın parametrlərinin də nəzərə alınması məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR