Bank Of Baku

“Microsoft Azərbaycan” şirkətinə yeni rəhbər təyin olunub

“Microsoft Azərbaycan” şirkətinə yeni rəhbər təyin olunub
# 17 yanvar 2012 09:09 (UTC +04:00)
Bakı - APA-Economics. Rüfət Hacıəlibəyov “Microsoft Azərbaycan” şirkətinin baş meneceri vəzifəsinə təyin edilib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, R.Hacıəlibəyov yeni vəzifəsinin icrasına 2012-ci ilin 23 yanvarından başlayacaq.
“Microsoft Azərbaycan” şirkəti “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropanın Yeni Bazarları regional bölməsi çərçivəsində fəaliyyət göstərir və ən dinamik şəkildə inkişaf edən bölmələrdən biridir.
Rüfət Hacıəlibəyov “Microsoft” şirkətinə satışlar, marketinq və İKT sektorunda insanların idarə edilməsi sahəsindəki 16 illik təcrübəsini gətirəcək. Bu təyinatdan əvvəl o, təxminən səkkiz il ərzində “Hewlett-Packard” (HP) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. HP-də çalışdığı müddət ərzində o, şirkətin əməliyyat fəaliyyətinə, satışlara, marketinqə, həmçinin müştəri və tərəfdaşların cəlb edilməsinə, servis, maliyyə və insan qaynaqlarının idarə edilməsinə məsuliyyət daşıyıb.
1975-ci ildə təsis edilmiş “Microsoft” şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR