Bank Of Baku

«HP-Azerbaijan»a yeni baş direktor təyin olunub

«HP-Azerbaijan»a yeni baş direktor təyin olunub
# 17 yanvar 2012 09:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «HP-Azerbaijan» şirkətinə yeni baş direktor təyin olunub.

«APA-Economics»in məlumatına görə, «HP-Azerbaijan» şirkətinin baş direktoru vəzifəsinə xanım İnarə Quliyeva təyin olunub. O, hazırda bu vəzifədə olan Rüfət Hacıəlibəyovu əvəz edib. İ.Quliyeva yeni vəzifəsinin icrasına fevralın 1-dən başlayacaq.

Öz növbəsində R.Hacıəlibəyov «Microsoft Azerbaijan» şirkətinin baş meneceri vəzifəsinə təyin edilib. O, yeni vəzifəsində 2012-ci ilin yanvarın 23-dən etibarən çalışmağa başlayacaq. R.Hacıəlibəyov «Microsoft Azerbaijan» şirkətinin bu vəzifədə əvvəllər çalışan Teymur Axundzadəni əvəz edəcək.

Qeyd edək ki, İ.Quliyeva bundan öncə «AZEL» şirkətində strateji layihələr şöbəsinin müdiri, daha sonra isə «HP-Azerbaijan» şirkətində şəbəkə həlləri bölməsinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Hacıəlibəyov 8 il «HP-Azerbaijan» şirkətinin rəhbəri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR