Bank Of Baku

Nazir Əli Abbasov: «Azərbaycanda İT sahəsində istehsal 50% artıb»

Nazir Əli Abbasov: «Azərbaycanda İT sahəsində istehsal 50% artıb»
# 17 yanvar 2012 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda İT sahəsində istehsalın həcmi 2010-ci ilə nisbətən 50% artaraq 120 mln. manat olub.
«APA-Economics»in məlumatına görə, bunu dünən dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompüterlər, proqram modulları və s. daxildir.
A.Abbasov, həmçinin bildirib ki, yaxın perspektivdə İKT-nin geniş anlamda cəmiyyətdə, dövlət idarəetməsində və iqtisadiyyatın bütün sferalarında tətbiqi təmin ediləcək, İKT infrastrukturu, İT üzrə yerli istehsal inkişaf edəcək və sektorun ixrac potensialı yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR