Bank Of Baku

Azərbaycanda indiyədək əhaliyə güzəştli şərtlərlə 16 min kompyuter satılıb

Azərbaycanda indiyədək əhaliyə güzəştli şərtlərlə 16 min kompyuter satılıb
# 17 yanvar 2012 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda həyata keçirilən «Xalq kompyuteri» layihəsi çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə 16 min ədəd kompyuter və noutbuk satılıb. «APA-Economics»in məlumatına görə, bunu layihənin iştirakçısı olan «HP-Azerbaijan» şirkətinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib.

Onun sözlərinə görə, layihəyə 2009-cu ilin aprelin 10-da start verilib və indiyədək layihə çərçivəsində ölkə vətəndaşlarına güzəştli şərtlərlə satılan kompyuter və noutbukların sayı 16 minə çatıb: «Layihə gələcəkdə də davam etdiriləcək. Eyni zamanda, layihə çərçivəsində kompyuter və noutbukların model cərgəsi yenilənəcək».

R.Hacıəlibəyov onu da bildirib ki, layihə çərçivəsində kompyuter və noutbuklar müəllim, tələbə və şagirdlərə satılır: «Onlar sözügedən məhsulları mağazalarda olan qiymətlərdən 30% aşağı ala bilir».

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompyuter və lisenziyalı proqram təminatının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT-nin tətbiqinin genişləndirilməsi, həmçinin informasiya cəmiyyətinin və «Elektron hökumət»in inkişafına yönəlmiş Azərbaycan hökumətinin fəaliyyətinin dəstəklənməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR