Bank Of Baku

«Aztelekom» göstərdiyi xidmətlər barədə abunəçilərin rəyini öyrənir

«Aztelekom» göstərdiyi xidmətlər barədə abunəçilərin rəyini öyrənir
# 17 yanvar 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi regionlarda göstərilən rabitə xidmətləri barədə rəy və təkliflərin öyrənilməsi üçün rəy sorğusu təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Aztelekom»un internet səhifəsində yaradılmış xüsusi ünvana müraciət etməklə, eləcə də fasiləsiz fəaliyyəti təmin edilmiş 012-122 saylı «Qaynar xətt»ə telefonla respublikanın bütün bölgələrindən ödənişsiz zəng etməklə istənilən abunəçi öz rəy və təklifini bildirə bilər.

Görülən işlər «Aztelekom» İB-nin xidmət səviyyəsini yüksəltmək, yeni xidmət növlərinin tətbiqini sürətləndirmək məqsədilə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR