Bank Of Baku

«HP-Azerbaijan» şirkəti ötən ilki fəaliyyətinin yekunlarını açıqlayıb

«HP-Azerbaijan» şirkəti ötən ilki fəaliyyətinin yekunlarını açıqlayıb
# 17 yanvar 2012 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «HP-Azerbaijan» şirkəti 2011-ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən «HP-Azerbaijan» şirkətinin rəhbəri Rüfət Hacıəlibəyov qeyd edib ki, ötən il şirkət üçün uğurlu hesab oluna bilər. Belə ki, «HP-Azerbaijan» şirkətində bütün seqmentlərdə stabil artım qeydə alınıb, şəbəkə həlləri 3 dəfə artıb, ölkənin aparıcı hotellərində «Wi-Fi» şəbəkəsinin uğurla tətbiqi həyata keçirilib.

«Eyni zamanda, biz MDB ölkələri arasında bank sektorunda ilk dəfə olaraq «Blade Matrix» sistemini, həmçinin telekommunikasiya sektorunda «Superdome 2» sistemini tətbiq etmişik», - deyə R.Hacıəlibəyov bildirib.

R.Hacıəlibəyov onu da qeyd edib ki, 2011-ci ildə «HP-Azerbaijan» riteyler şirkətlərinin hesabına tərəfdaşlıq kanalını 50% genişləndirib: «Cari ildə şirkətin əsas vəzifəsi bazarda aparıcı mövqeyini qoruyub saxlamaq, ölkənin İT bazarının inkişafına innovasiya həlləri vasitəsilə təkan vermək, xidmət səviyyəsinin keyfiyyətini bir qədər də artırmaq və s. ibarət olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR