Bank Of Baku

Azərbaycan ötən il yaşayış sahələrinin inşasını artırıb

Azərbaycan ötən il yaşayış sahələrinin inşasını artırıb
# 18 yanvar 2012 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 922,3 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu illə müqayisədə ölkədə istifadəyə verilən yeni yaşayış evlərinin sahəsi 6,6% artıb.

Bundan başqa, 2011-ci ildə Azərbaycanda 12 608 şagird yerlik ümumtəhsil məktəbi, 254 çarpayılıq xəstəxana, növbədə 210 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi və 140 yerlik klub istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR