Bank Of Baku

Ötən il Azərbaycan bölgələrində 221 km-lik avtomobil yolları yenidən qurulub

Ötən il Azərbaycan bölgələrində 221 km-lik avtomobil yolları yenidən qurulub
# 18 yanvar 2012 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan bölgələrində ümumi uzunluğu 220,5 km təşkil edən avtomobil yolları yenidən qurularaq istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 km-lik hissəsi), İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidən qurulub (12 km), Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 km), Astara-Bala Şahağac avtomobil yolu (19 km-lik hissəsi), Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 km), Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu (36 km), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 km-lik hissəsi və Ağdaş-Ləki avtomobil yolu (12 km) yenidən qurularaq istismara verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR