Bank Of Baku

Gəncə-Moskva aviareysinin sərnişinlərindən narkotik maddə və patron aşkarlanıb

Gəncə-Moskva aviareysinin sərnişinlərindən narkotik maddə və patron aşkarlanıb
# 19 yanvar 2012 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gəncə Beynəlxalq Hava Limanının aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən 912 nömrəli Gəncə-Moskva aviareysinə qeydiyyat zamanı sərnişin Namiddin Ağayevi yola salan qardaşı, 1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Səadəddin Ağayevin üzərindən 1 kibrit qutusu marixuana aşkar olunub.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları”nın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin reyslə uçan 1989-cu il təvəllüdlü Marina Xaritonovoya məxsus baqajdan 1 ədəd AKS tipli patron aşkarlanıb. Götürülmüş əşyalar sənədləşdirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR