Bank Of Baku

Nazir: “Dünya Bankının “Azərpoçt”la həyata keçirdiyi layihənin nəticəsi gözlədiyimiz kimi olmayıb”

Nazir: “Dünya Bankının “Azərpoçt”la həyata keçirdiyi layihənin nəticəsi gözlədiyimiz kimi olmayıb”
# 21 yanvar 2012 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il “Azərpoçt” MMC-də 23% artım olmasına baxmayaraq, müəssisənin rentabelliyində problemlər hələ də mövcuddur. Bu barədə “APA-Economics”ə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

“Azərpoçt”un hələ də dövlətdən subsidiyalar aldığını deyən naziri bu istiqamətdə islahatlar aparılmasının vacibliyini vurğulayıb: “Dünya Bankının “Azərpoçt”la həyata keçirdiyi layihənin nəticəsi gözlədiyimiz kimi olmayıb. Bu il Maliyyə Nazirliyi “Azərpoçt”la birgə islahatlar aparmaq niyyətindədir”.

Nazirin sözlərinə görə, MMC-nin gələcək taleyini həll etmək üçün məsləhətləşmələr aparılır və bununla bağlı məsləhətçi şirkətin cəlb olunacağı istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR