Bank Of Baku

TASİM layihəsi çərçivəsində konsorsium yaradılması üçün işlər intensivləşib

TASİM  layihəsi çərçivəsində konsorsium yaradılması üçün işlər intensivləşib
# 21 yanvar 2012 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Trans Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi çərçivəsində konsorsium yaradılması istiqamətində işlər bir qədər də intensivləşib. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, artıq Qəbələdə, Türkiyə və Macarıstanda bununla bağlı görüşlər keçirilib: “Hazırda son sənədin üzərində işlər aparılır ki, bundan sonra konsorsium yaradılması nəzərdə tutulur”.

Qeyd edək ki, TASİM layihəsi barədə 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnamə qəbul edilib. Layihə müasir texnologiyalar əsasında qlobal internet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi daşıyır. BMT Baş Assambleyasının A/RES/64/186 saylı 21 dekabr 2009-cu il tarixli qətnaməsi əsasında Azərbaycan layihənin reallaşdırılması üçün əlaqələndirici müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR