Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - FOTO
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər İKT sektorunun davamlı inkişaf etdiyini, əldə edilən gəlirlərinin artdığını, sektorun iqtisadiyyatda rolunun getdikcə yüksəldiyini, göstərilən xidmətlərin keyfiyyətinin və çeşidinin artdığını bildirib və qeyd edib ki, 2011-ci ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1 314,9 mln. manat təşkil edib: «Ötən illə müqayisədə artım tempi İKT sektorunda 12,8%, o cümlədən telekommunikasiya sektorunda 9,8%, İT sektorunda 1,4 dəfə, poçt sektorunda 5%, informasiya sektorunda isə 33% təşkil edib».
Nazir onu da qeyd edib ki, İKT, informasiya və poçt sahələrində əldə olunan gəlirlərin təxminən 75,3%-i özəl rabitə müəssisələrinin payına düşüb.
«Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,8%-i mobil sektorun payına düşüb və əvvəlki illə müqayisədə mobil sektor üzrə real artım tempi 3,6% təşkil edib. Ötən il ərzində İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,8%, qeyri-neft ÜDM-də payı isə 3,7% təşkil edib», - deyə Ə.Abbasov bildirib.
Tədbirdə həmçinin qeyd olunub ki, 2011-ci ildə nazirliyin strukturuna daxil olan birlik və müəssisələr üzrə 302,5 mln. manat proqnoza qarşı 346,8 mln. manat gəlir əldə edilib, bu da proqnozla müqayisədə 14,6%, 2010-cu illə müqayisədə isə 24,9% çoxdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 2011-ci ildə dövlət büdcəsinə 37 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 15,6 mln. manat vəsait ödənilib.
Bundan başqa, 2011-ci ildə ölkənin rabitə sahəsini dünya standartları səviyyəsinə çatdırılması məqsədilə, Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 144,5 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə, 2011-ci ildə sektora 415 mln. manat investisiya qoyulub ki, 2010-cu ilə nisbətən bu göstərici 2 dəfə çoxdur və ölkə iqtisadiyyatına qoyulan vəsaitin 3,2%-ni təşkil edir. Sektora qoyulan investisiyaların 246,4 mln. manatı mobil rabitə operatorları, 144,5 mln. manatı isə Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən yatırılıb.
Qeyd edək ki, iclas çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələrin rəhbərləri məruzələrlə çıxış edib, 2011-ci ildə həyata keçirilən işlər barədə məlumat veriblər. İclasın sonunda nazir Ə.Abbasov sözügedən birlik və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
ABŞ İranda hərbi hədəflərə zərbə endirməyə başlayıb
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub