Bank Of Baku

Azərbaycanda sabit telefon şəbəkəsinin tutumu 2 mln. nömrəyə yaxınlaşır

Azərbaycanda sabit telefon şəbəkəsinin tutumu 2 mln. nömrəyə yaxınlaşır
# 21 yanvar 2012 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il Azərbaycanda sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 60 yeni ATS istifadəyə verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə 15 ədəd ATS rekonstruksiya olunub, 60 yeni ATS istifadəyə verilib, 22 ədəd ATS-də genişləndirmə işləri aparılıb. Nəticədə ölkənin ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 49 896 nömrə artırılıb və beləliklə, ölkə üzrə ümumistifadə sabit telefon şəbəkəsinin tutumu 1 717 196 nömrəyə çatdırılıb.

«Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və «Aztelekom» İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 28 755 ədəd, boş tutum isə 11 245 ədəd (yalnız BTRİB üzrə) təşkil edir. CDMA şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir», - deyə nazirlikdən bildirilib.

Eyni zamanda 2011-ci ildə ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədədə atdırılıb. Bu göstərici Bakı şəhərində 35,7 ədəd, respublikanın digər ərazilərində 10,9 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edir: «Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edib. Bu göstərici Bakı üzrə 140,2 ədəd, ölkənin digər ərazilərində isə 47,6 ədəd olub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR