Bank Of Baku

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycan saytlarına edilən kiberhücumlarla bağlı açıqlama yayıb

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Azərbaycan saytlarına edilən kiberhücumlarla bağlı açıqlama yayıb
# 21 yanvar 2012 14:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, mərkəzin CERT.gov.az saytında yayılan açıqlamada bildirilir ki, 16 yanvar 2012-ci il tarixdə saat 11:30 radələrindən başlayaraq bir sıra Azərbaycan saytlarına kiberhücumlar edilib.

Kiber hücumlar zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin data mərkəzində yerləşən 216 .gov.az domen adlı saytlara da hücumlar həyata keçirilib: “Yaradılmış mühafizə sistemlərinin dayanıqlığı və görülən təhlükəsizlik tədbirləri nəticəsində hakerlər hosting sisteminə daxil ola bilməyiblər və ümumilikdə saytların yerləşdiyi sistemlərdə problem olmayıb, lakin hücumlar nəticəsində sistemdə yerləşən 7 saytın fəaliyyətində həmin saytların hazırlanma texnologiyasında aşkar edilmiş müəyyən boşluq səbəbindən problemlər yaranıb. Müdaxilələr tərəfimizdən qeydə alınıb və saytların fəaliyyəti bərpa olunub”.

Qeyd edək ki, son bir il ərzində hosting sistemə 9000-dən çox müdaxilə cəhdləri olub və bunların qarşısı alınıb: “Ümumiyyətlə, dövlət orqanlarının veb səhifələrinin təhlükəsizliyini artırmaq məqsədilə müvafiq dövlət orqanları tərəfindən tədbirlər görülür. Belə ki, aidiyyəti dövlət orqanları ilə birlikdə “Dövlət orqanlarını internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair tələblər” layihəsi hazırlanıb baxılmaq üçün Nazirlər Kabinetinə göndərilib. Hazırda tərəfimizdən dövlət orqanlarının saytların tam audtinin aparılması və bu tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparılır”.

Xatırladaq ki, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yanvarın 16-da Azərbaycan saytlarına kiberhücumların 24-nün İrandan, 1-nin isə Niderlanddan olduğunu bildirib. Nazir bununla bağlı iranlı həmkarına məktub göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR