Bank Of Baku

Ötən il Azərbaycana daxil olan beynəlxalq telefon trafiki 6% artıb

Ötən il Azərbaycana daxil olan beynəlxalq telefon trafiki 6% artıb
# 23 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq telefon trafikinin həcmi əvvəlki illə müqayisədə 35 mln. dəqiqə artaraq 723 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 22 mln. dəqiqə artaraq 182 mln. dəqiqə təşkil edib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il ilə müqayisədə beynəlxalq çıxış trafiki 13,9%, giriş trafiki isə 5,7% artıb.

Hesabat ilində beynəlxalq telefon kanallarının sayı 2010-cu illə müqayisədə 1 206 ədəd artaraq 9 116 ədədə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR