Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılacaq

Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılacaq
# 23 yanvar 2012 13:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatı üçün hüquqi bazanın formalaşması üzrə işlər tamamlanmaq üzrədir. Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. «APA-Economics»in məlumatına görə, dəyişikliklərə əsasən, ölkədə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq.

Qeyd elək ki, Vergilər Nazirliyinin məlumatına görə, hüquqi şəxslərin elektron qeydiyyatına bu ilin I rübü ərzində başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, ölkədə hüquqi şəxslərin adi qaydada dövlət qeydiyyatı üçün dövlət rüsumu fəaliyyət sahələrindən asılı olaraq 3-220 manat arasında dəyişir.

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəlikləri və filiallarının qeydiyyatı ucun dövlət rüsumu 220 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı ucun 3 manat, digər hüquqi şəxslərin qeydiyyatı ucun rüsum 11 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR