Bank Of Baku

Azərbaycanda taksi xidmətləri üçün icazə verilən avtomobillərin siyahısı genişləndirilib

Azərbaycanda taksi xidmətləri üçün icazə verilən avtomobillərin siyahısı genişləndirilib
# 24 yanvar 2012 08:01 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov «APA-Economics»ə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillərin bir neçə gün əvvəl açıqlanan siyahısından əlavə siyahı da mövcuddur. «B kateqoriyası» adlanan bu siyahıya həm xarici, həm də Azərbaycanda istehsal olunan avtomobillər daxildir. Bura «Chevrolet Cruze», «Chevrolet Aveo», «Kia Cerato», «Saipa», «Fiat Albeo» avtomobilləri aiddir.

N.Həsənovun sözlərinə görə, Azərbaycanda istehsal olunan «Lifan» və «Azsamand» avtomobilləri də taksi kimi istifadə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR