Bank Of Baku

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 24 yanvar 2012 13:46 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin noyabrında bu indikator 36,5%, oktyabrda 78,3%, sentyabrda 324,6%, avqustda 51,7%, iyulda 92,3%, iyunda 90,3%, mayda 195,8%, apreldə 39%, martda 129,6%, fevralda 193,5%, yanvarda 37,5%, 2010-cu ilin dekabr ayında isə 102,4%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbəti kimi hesablanır. Beləliklə, dekabr ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 8,4 dəfə artıb:




Göründüyü kimi, dekabr ayında mənzil tikintisinə yönəldilən investisiyaların həcmində çox iri artım baş verib və nəticədə, aylıq investisiyaların həcmi son illərdəki maksimuma çatıb. Qeyd edək ki, bu dərəcədə artım ənənəvi tendensiyalara ziddir. Belə ki, tikintiyə sərmayələrin həcminə mövsümi amil təsir edir və qış aylarında tikinti işlərində müəyyən fasilələr yaranır. Lakin ötən ilin dekabrında tikintiyə yönəldilən sərmayələrin həcmi çox yüksək olub. Eyni zamanda, noyabr ayında əvvəlki aya nisbətən 2,7 dəfəlik azalma da diqqət çəkir ki, bu amil də dekabrda baş verən artımın göstəricisinə təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR