Bank Of Baku

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə yeni vağzalın təməli qoyulub

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə yeni vağzalın təməli qoyulub
# 07 aprel 2012 10:23 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov tikinti sahəsinə baş çəkiblər. Daha sonra Axalkələkdə yeni dəmiryol vağzalının özülü qoyulub.

Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvilinin dediyinə görə, yeni vağzalın tikintisi gələn il başa çatdırılacaq.

R.Nikolaişvili jurnalistlərə açıqlamasında Axalkələk dəmiryolu vağzalının tikintisi başa çatdıqdan sonra burada 550 nəfərin, Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin Marabda-Kartsaxi hissəsində isə 4 minə qədər yerli sakinin çalışacağını bildirib.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR