Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 13% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 13% artıb
# 09 aprel 2012 06:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 13,4% artaraq 2,3 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 64,1%-ni neft yükləri, 35,9%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 2,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 1,1% artım olub. İşlənmiş yüklərin 86,2%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 10,8%, idxal yüklərin həcmi isə 19,9% artıb».

Qeyd edək ki, 2012-ci il martın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 20,5 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,9% çox idxal yüklərin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR