Bank Of Baku

«Azərkosmos» ASC-də İsveçrənin «OnAir» şirkəti üçün geniş təqdimat keçirilib

«Azərkosmos» ASC-də İsveçrənin «OnAir» şirkəti üçün geniş təqdimat keçirilib
# 09 aprel 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərkosmos» ASC-də İsveçrənin «OnAir» şirkəti ilə geniş tərkibdə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, şirkət nümayəndələri «Azərkosmos» ASC-nin fəaliyyəti, bu ilin sonunda orbitə çıxarılacaq «Azərspace» telekommunikasiya peykinin, həmçinin gələcəkdə istifadəyə veriləcək digər telekommunikasiya peyklərinin göstərəcəyi rabitə xidmətlərinə uyğun texnoloji həllər və məhsullara dair ətraflı təqdimatla yaxından tanış olub. Görüş çərçivəsində «Azərkosmos» ASC ilə gələcək əməkdaşlıq imkanlarına dair danışıqlar aparılıb.

Qeyd edək ki, «OnAir» dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir.

Xatırladaq ki, bu ilin sentyabr ayından etibarən Azərbaycanda təyyarələrdə mobil rabitə xidmətləri tətbiq olunacaq. Artıq «Azerfon», AZAL və «OnAir» şirkətləri arasında müvafiq müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR