Bank Of Baku

Azərbaycan «Caspian Telecoms-2012» sərgi-konfransında iştirak edəcək

Azərbaycan «Caspian Telecoms-2012» sərgi-konfransında iştirak edəcək
# 09 aprel 2012 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar «Caspian Telecoms-2012» XI beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında təqdim ediləcək.

«APA-Economics»in məlumatına görə, konfrans aprelin 19-20-də İstanbulda keçiriləcək. Tədbirə Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan və digər ölkələr qatılacaq. Azərbaycanı tədbirin işində ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bəzi telekommunikasiya şirkətləri təmsil edəcək.

«Caspian Telecoms-2012»nin işində dünyanın 35 ölkəsindən 400 nümayəndə heyətinin (avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları, beynəlxaql təşkilatlar və s.) iştirak edəcəyi gözlənilir. Tədbir çərçivəsində keçiriləcək müzakirələr və məruzələr rabitə siyasəti, perspektiv texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və bu kimi aktual məsələləri əhatə edəcək.

Qeyd edək ki, «Caspian Telecoms» 2001-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini bir araya gətirir. Bu tədbir Xəzər regionunda, MDB ölkələrində, Türkiyədə və Mərkəzi Asiyada telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR