Bank Of Baku

Rusiyada 21 avtomobil zavodu tikiləcək

Rusiyada 21 avtomobil zavodu tikiləcək
# 10 aprel 2012 10:22 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın xarici markalı avtomobillər istehsal edən “Avtotor” şirkəti və Kanadanın “Magna” şirkəti Kalininqrad vilayətində 21 avtomobil zavodu tikməyi planlaşdırır.

APA-Economics”in “Avto.Vesti.Ru”ya istinadən xəbərinə görə, bu barədə “Avtotor”un Direktorlar Şurasının sədri Vladimir Şerbakov “Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü çərçivəsində avtomobil sənayesinin inkişafı” mövzusunda Tolyattidə keçirilən müşavirədə açıqlama verib.

Onun sözlərinə görə, bu zavodların 6-sı tam sikl rejimində avtomobil istehsalı ilə məşğul olacaq, 15 zavod isə avtomobillər üçün ehtiyat hissələri buraxacaq.

Kalininqrad zavodlarının ildə 350 min ədəd avtomobil buraxması planlaşdırılır. İki mərhələdən ibarət olacaq layihənin birinci mərhələsi çərçivəsində 1 yanvar 2016-cı ilədək 14 zavod tikiləcək və ildə 200 min ədəd avtomobil istehsal olunacaq. İkinci mərhələ 2018-ci ilədək başa çatmalıdır.

Layihənin sənaye hissəsinə 2,5 mlrd. avro sərmayə qoyulacaq. Bundan başqa, Kalininqrad vilayətində 50 min nəfərlik şəhər tikiləcək. Bu layihə isə 500 mln. avroya başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR