Bank Of Baku

® “Chrysler” Mərkəzində “DODGE DURANGO”ya yaz kampaniyası başladı - FOTO

<font color=red>® </font>“Chrysler” Mərkəzində “DODGE DURANGO”ya yaz kampaniyası başladı - <font color=red>FOTO </font>
# 11 aprel 2012 08:00 (UTC +04:00)
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, mayın sonunadək 3,6 litrlik mühərrikli “Dodge Durango Crew” və “Dodge Durango Citadel” modelini nağd alanlara 3 illik sığorta hədiyyə ediləcək. Kreditlə alanlar üçün isə illik bank faizi 14% və ilkin ödəniş sadəcə 15% təşkil edəcək. Qeyd edək ki, kampaniyayadək kreditin bank faizi 18%-dən başlayırdı.

“Dodge Durango” böyük - 7 yerli SUV həvəskarları üçün nəzərdə tutulub. İdarə olunmağa xüsusi əhəmiyyət verən avtomobilin dizaynında idman ruhu və aqressiv stil aydın nəzərə çarpır. Dizayn tendensiyaları getdikcə femininləşən dünya avtomobil sənayesində onu nadir brutal avtomobillərdən sayırlar. 5075 mm uzunluğu olan “Durango” dünyada ən uzun SUV-lərdəndir. Sonuncu - 3-cü sırada sərnişin üçün 80 sm ayaq məsafəsi tam həcmli SUV-lər arasında ən böyük göstəricilərdən sayılır. 290 at güclü müasir 3,6 litlik V6 mühərriki ilə “Durango” həm də qənaətcildir: dolu yanacaq çəni ilə 804 km məsafə qət edir.

“Durango” baza versiyasında zəngin komplektasiya təklif edir: sensorlu 6,4 düym ölçülü monitor, 40 GB yaddaş diski, park radarı, kamera, yaddaş paketi, lyuk kimi opsiyalar qiymətlə təchizatın mükəmməl balansıdır. Öz sinfi üçün nadir funksiyalar olan mühərrikin uzaqdan pultla işə salınması və baqaj qapısının pultla açıllıb-bağlanması Azərbaycan avtomobil həvəskarlarına standart avadanlıq kimi təklif edilir.

“Durango” modelinin satış qiyməti 39500 AZN-dən başlayır. Zavod istehsalı olan, orijinal arxa video monitor sistemli “Durango”nun qiyməti 42000 AZN-dir.

Qeyd edək ki, Azərbaycanda “Chrysler” korporasiyasını “Auto Azerbaijan” şirkəti təmsil edir. 1996-cı ildən “Hyundai” avtomobillərinin eksklüziv distribütoru olan “Auto Azerbaijan” yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb və avtomobil bazarının liderinə çevrilib. 2011-ci ildən başlayaraq “Auto Azerbaijan” şirkəti Amerikanın “Chrysler” korporasiyasına daxil olan “Jeep”, “Dodge” və “Chrysler” avtomobillərinin rəsmi distribütorudur.

(http://www.dodge.com.az/body.php)

Auto Azerbaijan (link http://www.autoazerbaijan.az/)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR