Bank Of Baku

Gələn ay Bakı-Riqa aviareysi bərpa olunacaq

Gələn ay Bakı-Riqa aviareysi bərpa olunacaq
# 11 aprel 2012 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 21-dən etibarən Latviyanın «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa aviareysləri bərpa edəcək. Bu barədə «APA-Economics»ə «AirBaltic» şirkətinin Bakıdakı ofisindən bildirilib.

«AirBaltic»dən verilən məlumata görə, Bakıdan Riqaya uçuşlar hər həftənin I və IV günləri saat 07:20-də «Boeing-737» tipli təyyarə ilə yerinə yetiriləcək: «Mövsümi xarakter daşıyan bu aviareys sentyabrın əvvəlinədək, daha dəqiq sentyabrın 6-dək həyata keçiriləcək».

Qeyd edək ki, Bakı-Riqa-Bakı aviareysinə bir biletin minimal qiyməti 275 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR