Bank Of Baku

Bakının Xətai prospektində yararsız su boruları və qəzalı vəziyyətdə olan kanalizasiya xətləri dəyişdirilir - FOTO

Bakının Xətai prospektində yararsız su boruları və qəzalı vəziyyətdə olan kanalizasiya xətləri dəyişdirilir - <font color=red>FOTO</font>
# 11 aprel 2012 13:00 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Proqramına uyğun olaraq paytaxtın bir sıra ərazilərində mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır.

Bu məqsədlə paytaxtın Nərimanov rayonu Xətai prospektindən keçən, uzun müddət istifadədə olan yararsız su borularının və qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin dəyişdirilməsinə başlanıb. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədi ilə prospekt boyunca 2400 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 200 mm diametrli polietilen borularla əvəzlənir. Bununla paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 160 mm diametrli polietilen borularla köməkçi su xətti də çəkilir. Layihəyə uyğun olaraq Xətai prospektində kanalizasiya kollektoru da yenilənir. Bu məqsədlə 1000 mm diametrli metal borularla yeni kanalizasiya xətti çəkilir.

Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Nərimanov rayonu Xətai prospektində içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR