Bank Of Baku

Azərbaycanda Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması üçün hazırlıq işləri görülür

Azərbaycanda Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması üçün hazırlıq işləri görülür
# 11 aprel 2012 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ilk dəfə olaraq yaradılmaqda olan ölkə üzrə Milli Radiomonitorinq Şəbəkəsinin fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərinin Mehdiabad, Günəşli və Sahil qəsəbələrində layihə üzrə işlər artıq başa çatdırılıb. Regionlarda da uyğun layihənin həyata keçiriləcək. Hazırda radiomonitorinq sistemi bütün radioelektron vasitələrin qeydiyyatını, bu avadanlıqlardan qeydiyyatsız istifadənin qarşısının alınmasını, tezliklərin düzgün, səmərəli istifadəsini, efirə nəzarəti, onun kənar maneələrdən qorunmasını nəzərdə tutur.

Qeyd edək ki, radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, onlayn rejimində bütün respublikanı əhatə edəcək. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından əhəmiyyətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR