Bank Of Baku

Gələn ay Bakı-Antalya aviareysi bərpa olunacaq

Gələn ay Bakı-Antalya aviareysi bərpa olunacaq
# 12 aprel 2012 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümü ilə əlaqədar gələn ayın sonunda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini bərpa edəcək.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, may ayının 27-dən etibarən Bakıdan Antalyaya uçuşlara başlanacaq ki, sözügedən marşrut üzrə uçuşlar ilk həftədə I və VII günləri, növbəti həftələr isə uçuşların sayı artırılacaq: «Mövsümi xarakter daşıyan bu aviareys üzrə uçuşlar cədvəl üzrə sentyabrın 6-dək davam edəcək. Lakin uçuşların sentyabrın sonunadək artırılacağı istisna deyil».

AZAL-dan həmçinin bildirilib ki, Bakı-Antalya-Bakı üzrə bir aviabiletin minimal qiyməti 493 manat təşkil edir. Uçuşlar «Boeing-757» tipli avialaynerlə yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR