Bank Of Baku

Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçirilir - FOTOSESSİYA

Bakıda Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 12 aprel 2012 08:11 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, aprelin 13-dək davam edəcək konfransa 36 ölkənin nümayəndə heyəti, eləcə də 18 ölkənin gömrük xidməti rəhbərləri qatılıb. Ümumilikdə tədbirdə 84 əcnəbi qonaq, o cümlədən ÜGT-nin baş katibi Kunio Mikuriya, ÜGT-nin sədri Jozefin Sihili və digər nümayəndələr iştirak edir.

Konfransın açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Byorn Ross salamlama nitqi ilə çıxış ediblər.

A.Şərifov Azərbaycan iqtisadiyyatı, onun əldə etdiyi nailiyyətlər haqqında danışıb. Bildirib ki, ölkə iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdə gömrük orqanlarının böyük rolu olub: “Azərbaycan gömrük orqanları tərəfindən 1994-cü ildə idxal-ixrac əməliyyatları üzrə 3,5 mln. manat gömrük rüsumları toplayaraq dövlət büdcəsinə təqdim edilib. 2000-ci ildə bu rəqəm 144 mln. manat, 2005-ci ildə 366 mln. manat, 2011-ci ildə 1,144 mlrd. manat təşkil edib”. Baş nazirin müavini beynəlxalq gömrük xidmətlərinə inteqrasiya sahəsində Azərbaycanın apardığı işlərdən danışaraq qeyd edib ki, bu işlər hazırda da uğurla davam etdirilir.

Konfrans çərçivəsində Azərbaycanla Makedoniya arasında gömrük sahəsində əməkdaşlığa dair saziş də imzalanıb.

Konfransda ÜGT-nın illik əsas strategiyası, siyasi məsələləri, maliyyə durumu, eyni zamanda quruma keçiriləcək seçkilər, Avropa regionuna aid, eləcə də mühüm əhəmiyyət kəsb edən digər məsələlər müzakirə edilib.

Bu gün keçirilən konfransda Rusiya Gömrük Xidmətinin Kinoloji Xidməti ilə bağlı təqdimat keçirilib. Eyni zamanda Gürcüstan və Makedoniya Gömrük Xidmətlərinin əməkdaşları tərəfindən informasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlərdən danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR