Bank Of Baku

Azərbaycan daha bir neçə ölkə ilə gömrük sahəsində əməkdaşlıq sazişləri imzalayacaq

Azərbaycan daha bir neçə ölkə ilə gömrük sahəsində əməkdaşlıq sazişləri imzalayacaq
# 12 aprel 2012 08:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük xidməti sahəsində Cənubi Amerika ölkələri, Xorvatiya, Küveyt və Qətər ölkələri ilə əməkdaşlıq sazişləri imzalamağa hazırlaşır. “APA-Economics”in xəbərinə görə, bunu DGK sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq sazişlərin əsas məqsədi ölkələr arasında bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək, eyni zamanda hüquqi məsələlər üzrə yardımlar etməkdir: “Yəni gömrük qaydalarının pozulması, qaçaqmalçılıq halları mövcud olarsa, bu sahədə əməkdaşlıq olunan ölkələrə yardım etmək nəzərdə tutulur”.

A.Əliyev indiyədək 40-dan çox ölkə ilə analoji saziş imzalandığını xatırladıb: “Bu sahədə sonuncu sazişi bu gün Makedoniya ilə imzaladıq. Ondan əvvəl isə İsrail ilə imzalamışdıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR