Bank Of Baku

Azərbaycan yeni avtomobil standartlarının tətbiqi ilə bağlı Rusiya hökumətinə məlumat verəcək

Azərbaycan yeni avtomobil standartlarının tətbiqi ilə bağlı Rusiya hökumətinə məlumat verəcək
# 12 aprel 2012 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Mayın 1-dən Azərbaycanda ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının və istehsalının qadağan olunmasına dair qərarın tətbiqi ilə bağlı yaxın günlərdə Rusiya hökumətinə məlumat veriləcək. “APA-Economics”in xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Rusiya hökumətinə məlumat verildikdən sonra gömrük orqanları bu qərarın tətbiqinə başlayacaq: “Bu, normal bir prosesdir. Bu haqda qərar varsa, mayın 1-dən gömrük xidməti bunu tətbiq edəcək”.

Xatırladaq ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində «ABS» əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. SMPDK-nın təsdiq etdiyi “Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası” AZS 635-2012 dövlət standartının tələblərinə görə, may ayının 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) «ABS» əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR