Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatının baş katibi: “Azərbaycan gömrük xidmətlərinin göstərilməsində mütəmadi olaraq inkişaf edir” - FOTO

Ümumdünya Gömrük Təşkilatının baş katibi: “Azərbaycan gömrük xidmətlərinin göstərilməsində mütəmadi olaraq inkişaf edir” - <font color=red>FOTO</font>
# 12 aprel 2012 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) xidmətlərin göstərilməsində mütəmadi olaraq inkişaf etməkdədir. “APA-Economics”in xəbərinə görə, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya bildirib.

Onun sözlərinə görə, coğrafi mövqeyi və ticarətin inkişafı Azərbaycanın qlobal səviyyədə gömrüyə inteqrasiya olmasına öz töhfəsini verir: “Avropa regionunda potensialın gücləndirilməsi üzrə ÜGT-nin regional ofisinin Azərbaycanda yaradılması buna bariz nümunədir. Bu, həm də ona sübutdur ki, Azərbaycan gömrük xidməti sahəsində ÜGT-yə öz töhfəsini verir və təcrübəsini paylaşır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR