Bank Of Baku

Azərbaycan və Avstriya İKT sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Avstriya İKT sahəsində əməkdaşlığı genişləndirir
# 12 aprel 2012 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazirinin müavini Andreas Reynhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə informasiya və kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

A.Reynhart qeyd edib ki, İKT sektorunun dinamik inkişafı fonunda iki ölkə arasında mövcud olan əlaqələr daha sürətlə inkişaf edəcək. O, informasiya texnologiyaları sahəsində daha sıx əlaqələrin inkişafı və nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, dövlət müəssisələri və ölkədəki İT şirkətlərinin nümayəndələri, Avstriya tərəfindən isə telekommunikasiya sektorunu təmsil edən Avstriyan Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyi və Avstriya şirkətlərinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR