Bank Of Baku

Bakı-Bodrum marşrutu ilə aviareyslər iyunda bərpa olunacaq

Bakı-Bodrum marşrutu ilə aviareyslər iyunda bərpa olunacaq
# 12 aprel 2012 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yay mövsümü ilə əlaqədar «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Bodrum-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edəcək.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, iyun ayının 14-dən etibarən Bakıdan Bodruma uçuşlara başlanacaq ki, sözügedən marşrut üzrə uçuş ilk həftədə I və IV günləri, növbəti həftələr isə uçuşların sayı artırılacaq: «Mövsümi xarakter daşıyan bu aviareys üzrə uçuşlar cədvəl üzrə sentyabrın 6-dək davam edəcək. Lakin uçuşların sentyabrın sonunadək artırılacağı istisna deyil».

AZAL-dan həmçinin bildirilib ki, Bakı-Bodrum-Bakı üzrə bir aviabiletin minimal qiyməti 490 manat təşkil edir. Uçuşlar «Boeing-757» tipli avialaynerlə yerinə yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR