Bank Of Baku

Azərbaycanda təmir-tikinti işləri ilə məşğul olanlar sertifikat almalı olacaq

Azərbaycanda təmir-tikinti işləri ilə məşğul olanlar sertifikat almalı olacaq
# 13 aprel 2012 09:04 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov bildirib.

Onun sözlərinə görə, reyestrə bu sahədə fəaliyyət göstərən bütün şəxslər və onlar haqqında məlumatlar daxil ediləcək: “Məcəlləyə əsasən tikinti fəaliyyəti ilə məşğul olan bütün şəxslər peşə sertifikatı almalıdır. Bura tikintinin ekspertizası, layihələndirmə, tikinti və təmirlə məşğul olan şəxslər aiddir”.

S.Kərimov qeyd edib ki, bu tələbin qoyulması tikintidə təhlükəsizliyin təmin olunmasına, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verəcək. Peşə Reyestrinin yaradılmasından sonra tikinti işləri aparmaq istəyən istənilən sifarişçi bu işi həvalə etmək istədiyi mütəxəssis barədə reyestrə sorğu verəcək və onun haqqında məlumatlar əldə edə biləcək: “Bu, həm də tikinti sektoruna təsadüfi şəxslərin daxil olmasının qarşısını alacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR