Bank Of Baku

“Google”un rüblük mənfəəti 61% artıb

“Google”un rüblük mənfəəti 61% artıb
# 13 aprel 2012 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə ABŞ-ın “Google Inc.” internet korporasiyasının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,6% artaraq 1,8 mlrd. dollardan 2,89 mlrd. dollara yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin açıqladığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə “Google”un gəiri illik müqayisədə 24% artaraq 8,58 mlrd. dollardan 10,65 mlrd. dollara çatıb. Əməliyyat mənfəəti 27% artaraq 3,39 mlrd. dollar təşkil edib. Bir il əvvəl bu göstərici 2,30 mlrd. dollar olub.

Qeyd edək ki, qərargahı Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən “Google” korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. 1998-ci ildə Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkətin 23 min əməkdaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR