Bank Of Baku

Azərbaycan internet-trafikin sürətinə görə dünyada 115-ci yerdədir

Azərbaycan internet-trafikin sürətinə görə dünyada 115-ci yerdədir
# 13 aprel 2012 10:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə «Speedtest» şəbəkəsini yaradan ABŞ-ın «Ookla» şirkətinin hazırladığı «NetIndex» reytinqində bildirilir.

Reytinqə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir. Bakı üzrə bu göstərici 2,80 Mbit/s, Sumqayıt üzrə isə 1,69 Mbit/s təşkil edir. Nəticələr şirkətin martın 12-dən aprelin 10-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 228 811 unikal IP ünvanı seçilib.

Reytinqdə Azərbaycanın 20 internet-servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 5,88 Mbit/s, minimum isə 1,40 Mbit/s təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 108-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,17 Mbit/s sürətlə çıxıb. Bakı üzrə bu göstərici 1,04 Mbit/s, Sumqayıt üzrə isə 0,64 Mbit/s təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 5,36 Mbit/s (UNDP/AzNET Project şəbəkəsi), minimum isə 0,47 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR