Bank Of Baku

Qazaxıstandan Azərbaycana yeni aviareys açılacaq

Qazaxıstandan Azərbaycana yeni aviareys açılacaq
# 16 aprel 2012 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstanın «Air Astana» aviaşirkəti Astana-Bakı-Astana marşrutu üzrə yeni aviareys açacaq. Bu barədə «APA-Economics»ə aviaşirkətin Azərbaycan üzrə meneceri Yerbolat Baysalıkov məlumat verib.

Onun sözlərinə görə, hazırda «Air Astana» Almatı-Bakı-Almatı marşrutu üzrə həftədə 3 dəfə uçuşlar yerinə yetirir: «Cari ilin may ayının 5-10 aralığında isə biz Qazaxıstanın paytaxtı - Astana şəhərindən Bakıya birbaşa uçuşlara başlayacağıq ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək».

Y.Bysalıkov onu da bildirib ki, sözügedən aviareys «Embraer» tipli təyyarələrlə yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda Astana-Bakı-Astana aviareysini həftədə 2 dəfə Qazaxıstanın «Scat Airlines» aviaşirkəti də yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR