Bank Of Baku

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 16 aprel 2012 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həyata keçirilən layihələrə uyğun olaraq magistral su kəmərlərinin yenilənməsi işləri aparılır.

Bakının Nəsimi rayonu Süleyman Rəhimov küçəsində çəkilmiş yeni 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar işlər həyata keçirilir. Bununla əlaqədar aprelin 16-da Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə (Bülbül və Xətai prospektləri, Şeyx Şamil, S.Rəhimov, C.Hacıbəyli küçələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR